Neft kəskin qalxdı

Neft kəskin qalxdı | alkredit.az

Neft, ABŞ bazalarında neft ehtiyatlarının gözlənilməz bir şəkildə düşməsinin ardından yüksəlib.

Enerji İnformasiya İdarəsinin açıqladığı məlumata görə, neft ehtiyatları ötən həftə 3.41 milyon barrel azalıb. Bloomberg-in sorğusuna qatılan analitiklər 750,000 barellik artım gözləyirdi. Neft hasilatı gündəlik 8.8 milyon barrelə düşüb. Bu, 2014-cü ilin Sentyabrdan bəri ən aşağı səviyyədir.

Qərbi Texas nefti Nymex birjasında 3,2% bahalaşaraq barreli 46.13 dollara, Brent neft isə Londonda ICE Futures Europe birjasında  4% qalxaraq 47.35 dollara çıxıb.

 

mənbə:marja