Neft qiymətlərində yüksəliş qaçılmazdır

Neft qiymətlərində yüksəliş qaçılmazdır | alkredit.az

Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol, 2015-ci ildə neft sektorunda investisiyaların 20% gerilədiyini və bu il də geriləməkdə davam edəcəyini deyib.

Fatih Birol, 2015-ci ildə neft hasilatına yönəlmiş investisiyaların son 30 ildən bu yana ən böyük tənəzzülünü yaşadığını deyib.

İnvestisiyaların 2016-cı ildə də zəyif qalaraq, son 30 ildə  ilk dəfə iki il ardıcıl azalacağını vurğulayan Fatih Birol, bunun gələcəkdə qiymətlər üzərində ciddi yüksəliş təzyiqi yaradacağını qeyd edib.

Fateh Birol "Neftin 30 dollarda qalacağını düşünmək səhv olar" - deyib.