Neft stok göstəricisini gözləyir

Neft stok göstəricisini gözləyir | alkredit.az

Həftəlik ABŞ-da neft ehtiyatları və hasilat göstəriciləri öncəsi neft qiymətləri dalğalanır.

Enerji İnformasiya idarəsi (EIA) tərəfindən bu gecə açıqlanacaq ABŞ-da neft ehtiyatları göstəricisinin, Bloomberg-in sorğusuna qatılan analitiklərin proqnozlarına görə, keçən həftə 1.5 milyon barel artım göstərməsi gözlənilir. Bir əvvəlki həftə ehtiyatlar 3,1 milyon barel artmışdı.

Melbournede IG Ltd.-nin analitiki Angus Nicholson, "Neft 40 dollar səviyyəsinin üzərində olduqca möhkəm görünür, ancaq təkan yavaşlamış kimidir. Yüksək hasilat ilə bağlı hələ də narahatlıqlar var və bazarın yenidən balanslaşması reallaşa bilmir" dey bildirib.

Xam neft bu il son 12 ilin ən aşağı səviyyəsini görməsinin ardından, ABŞ-da istehsalın aşağı düşməsi ilə əlaqədar olaraq qalxıb.

Bakı vaxtı ilə 08:00-da Qərbi Texas nefti (WTI) 42.85 dollardan, Brent nefti isə 44,74 dollardan alıcı tapıb.