Neft və qazdan 118 milyard dollara yaxın gəlir

Neft və qazdan 118 milyard dollara yaxın gəlir | alkredit.az

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇQ) yataqlar bloku və “Şahdəniz” qaz kondensat yatağından bu il əldə edilən gəlirlərini açıqlayıb.

ARDNF-in yaydığı məlumata görə, bu ilin yanvar-sentyabr aylarında AÇQ yataqları üzrə fond 5 milyard 225 milyon ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 274 milyon  ABŞ dolları həcmində gəlir əldə edib.

İNDİYƏDƏK 117,8 MİLYARD DOLLAR GƏLİR ƏLDƏ EDİB

Ümumiyyətlə, 2001-ci ildən etibarən AÇQ yataqlar bloku üzrə 115 milyard 376 milyon  ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 2 milyard 394 milyard ABŞ dolları həcmində gəlir əldə olunub.

 

 

mənbə:marja