Neft və qazdan 121 milyard dollar qazanmışıq

Neft və qazdan 121 milyard dollar qazanmışıq | alkredit.az

Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət nefti və "Şahdəniz" qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından ümumilikdə 1 milyard 865 milyon ABŞ dolları həcmində vəsait daxil olub.

Fonddan verilən məlumata görə, bu məbləğin 1 milyard 801 milyon dolları AÇG-dən mənfəət nefti, 64 milyon dolları isə "Şahdəniz" yatağından mənfəət qazının satışından əldə olunub.

Qeyd edək ki, 2001-ci ildən 2016-cı il iyunun 1-dək ARDNF-ə AÇG-dən 118 milyard 869  milyon dollar, 2007-ci ildən "Şahdəniz" yatağından isə 2 milyard 506 milyon dollar vəsait daxil olub (cəmi 121 milyard 375 milyon dollar).

mənbə:marja