Neftdə sürətli artım

Neftdə sürətli artım | alkredit.az

Dünya bazarlarında xam neft qiymətləri, ABŞ-da neftbazalarda ehtiyatların aşağı düşməsi ilə əlaqədar olaraq bir həftənin zirvəsinə çıxıb.

ABŞ-da açıqlanan məlumata görə, xam neft ehtiyatları ötən həftə 5.88 milyon barrel düşüb. Bu, İyundan bəri görülən ən böyük azalmadır. Bloomberg-in sorğusuna görə, ehtiyatların 1.2 milyon barrel artacağı gözlənilirdi.

ABŞ Qərbi Texas nefti 4.5%-lik sürətli artımla 37.92 dollara, Brent neft isə 4.4% bahalaşaraq 37.82 dollara çıxıb.

Brent neft 36.11 dollarla 2004-ci ildən bəri ən aşağı səviyyəsini görmüşdü.

ABŞ xam neftinin qiyməti Yanvardan bəri ilk dəfə Brent neftin üzərinə qalxıb. ABŞ-ın 40 il sonra neft ixracatına olan qadağanı ləğv etməsinin ardından ehtiyatların "əriyəcəyi" gözləntisi qiymət fərqinin bağlanmasına səbəb olub.

ABŞ Enerji İnformasiya İdarəsinin məlumatlarına görə, 18 Dekabrda başa çatan həftədə neft ehtiyatları 484.8 milyon barrelə enib.

Digər tərəfdən, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) hesabatında, neft qiymətlərinin 2020-ci ilə qədər 70 dollar olacağı barədə proqnoz verib. Hesabatda qlobal enerji tələbatının 2014-2040-ci illərdə 47% artacağına da yer verilib.

mənbə:marja