Neftin qiyməti 46 dolları keçib

 

Neftin qiyməti 46 dolları keçib | alkredit.az

Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb. Fins.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,21 dollar bahalaşaraq 41,99 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,21 dollar artaraq 44,93 dollar olub.

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,18 dollar bahalaşaraq 46,02 dollar təşkil edib.