Neftin ucuzlaşması dayandı

Neftin ucuzlaşması dayandı | alkredit.az

Neft, ABŞ-da neft hasil edilən quyuların sayının yenidən azalması ilə son üç əməliyyat günündə ilk dəfə dəyər qazanıb. Qazılan quyuların azalması qlobal təklif çoxluğunun azalacağı gözləntiləri artırır.

Baker Hughes Inc.-ın məlumatlarına görə, neft quyularının sayı 15 sayda azalaraq 372-yə enib. Beləliklə, ilin əvvəlindən bu yana 150 quyuda hasilat təxirə salınıb. ABŞ-da neft ehtiyatları ötən həftə gözlənildiyindən üç dəfə çox artım göstərərkən, neft idxalı 2013-cü ilin İyun ayından bu yana ən yüksək səviyyəsinə çıxmışdı. Əməliyyatlar Cümə günü tətil səbəbilə aparılmayıb.

Neft qiymətləri bu il Yanvar ayında son 12 ilin ən aşağı səviyyəsinə düşməsinin ardından, ABŞ-da istehsalın düşməsi və aralarında Səudiyyə Ərəbistanı və Rusiyanın daxil olduğu böyük istehsalçıların hasilatın dondurulması təklifini vermələri ilə əlaqədar olaraq yenidən yüksəlib. OPEC-də yalnız İran və Liviya, gələn ay keçiriləcək istehsalın dondurulması toplantısına qatılmağa söz verməyib.

Bakı vaxtı ilə saat 07: 20-də Qərbi Texas nefti (WTI) Nymex birjasında 42 sent artımla 39.85 dollara gəlib.

Brent nefti isə, Londonda ICE Futures Europe birjasında 0.7 faiz yüksələrək bareli 40.72 dollara çıxıb. Qiymətlər ötən həftə 1.8 faiz geriləmişdi.

 

mənbə:marja