NIKOIL | Bankın İpoteka filialı yeni ünvanda!

NIKOIL | Bankın İpoteka filialı yeni ünvanda! | alkredit.az

İpoteka krediti üzrə portfelin günü gündən artması və ipoteka krediti  almaq arzusunda olan müştərilərin sayının yüksək olması  ilə əlaqədar  NIKOIL  Bankın rəhbərliyi  ipoteka kreditlərinin verilməsi üzrə ixtisaslaşmış №8  filialın müasir və geniş yerə köçürülməsi  haqqında qərar qəbul etmişdir.

Oktyabr ayının 12-si  Filialın yeni ünvanda açılışı baş tutmuşdur.

İndi Bank müştərilərə Bakı şəhəri,  Salatın Əsgərova küçəsi  161 ünvanında yerləşən  yeni ofisində xidmət göstərəcəkdir.

İpoteka kreditlərinin verilməsindən başqa filial həmçinin bütün standart bank əməliyyatlarını həyata keçirir. Burada siz kommunal  ödənişləri həyata keçirə bilərsiniz, plastik kartları sifariş edərək  qısa müddətdə əldə edə bilərsiniz,  ölkə daxilinə və xaricinə pul köçürmələrini  həyata keçirə bilərsiniz, istehlak kreditlərinin alınması üçün müraciət edə bilərsiniz,  həmçinin bank xidmətlərinin bütün spektrindən istifadə edə bilərsiniz.

Dövlət İpoteka kreditləşdirməsinin şərtlərinə uyğun olaraq, kreditlər 3 ildən 25/30 ilə qədər, illik faiz dərəcəsi 4% / 8% olmaqla, 50 000 AZN məbləğində verilir. Kreditin məbləği ipoteka götürülən daşınmaz əmlakın bazar dəyərinin 70% / 80%-dən çox olmamalıdır. Belə ki, kredit üzrə ilkin ödəniş 30% / 20% təşkil edir.  İxtisaslaşdırılmış filialın açıldığı tarixdən  (2006-cı ildən) bu günədək  51 075 045 manat məbləğində 1108 ipoteka krediti verilmişdir. Bunlardan  güzəştli şərtlərlə 8 680 150 AZN dəyərində 235, adi şərtlərlə isə 36 394 895 AZN  dəyərində 873 ipoteka krediti verilib. Bu günkü günə ipoteka kreditləri üzrə ixtisaslaşmış filialın portfeli  39 839 843 manat (1066 kredit) təşkil edir, bunlardan 222 kredit  8 984 822 manat məbləğində – güzəştli,  844 kredit  30 855 021 manat məbləğində isə adi kreditlərdir.

Cari ilin sentyabr ayında  AİF tərəfindən NIKOIL  Banka  1 500 000 AZN məbləğində limit ayrılıb. Qeyd olunan limit Banka aktiv şəkildə ipoteka kreditlərinin verilməsi üçün imkan yaradır.  NIKOIL  Bank ipoteka kreditləşməsi nəticəsində, əhalinin maliyyə xidmətləri məsələləri üzrə maarifləndirmənin artırılması istiqamətində fəaliyyətini gücləndirib və əhalinin həyat səviyyəsinin yüksəldilməsi və mənzil ilə təmin olunması üzrə fəaliyyətini davam etdirir.  Azərbaycan İpoteka Fondunun xətti ilə verilən İpoteka krediti, NIKOIL  Bankın strateji istiqamətində prioritetlərdən biridir.

Bu gün "NİKOYL" İKB  əhaliyə milli və xarici valyutada  həyata keçirilən  hesablaşma,  kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. “NIKOIL Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil