NIKOIL Banka pul qoymaq asanlaşdı

NIKOIL Banka pul qoymaq asanlaşdı | alkredit.az

NIKOIL | Bankın təklif etdiyi xidmətlər sırasına yenisi əlavə olunub.

Bankdan bildirilib ki, yeni xidmət sayəsində NIKOIL | Bankın müştəriləri cari hesablarını, əmanətlərini, Forex hesablarını və ya plastik kartlarını təkcə bankın filiallarında deyil, eyni zamanda, onlayn və ya ödəniş terminallarında cash-in xidməti vasitəsilə artıra bilərlər. Hesabların artırılması günün istənilən saatında mümkündür. Cash-in xidməti nağd vəsaitlərin hesaba milli valyutada, həmçinin dollar və avro ilə də daxil olmasına imkan verir.

Maraqlananlar www.nikoil.az (‪#‎nikoilbank) və www.hesab.az (‪#‎hesab.az) rəsmi internet səhifələrinə daxil olmaqla, eyni zamanda, "eManat" (‪#‎emanat) ödəniş terminalı vasitəsilə bankın bu xidmətindən istifadə edə bilərlər.

Mənbə: Azərtac