Orta təbəqə üçün yaşayış kompleksi

Orta təbəqə üçün yaşayış kompleksi | alkredit.az

Bakıda inşaat sahəsinin qapılarını jurnalistlərin üzünə açan mənzil-tikinti kooperativi demək olar ki, yoxdur. Mən mətbuatda bu barədə oxumamışdım. Həmçinin jurnalist olaraq belə bir dəvəti də almamışdım. Ta ki, “Yeni Həyat” Şirkətlər Qrupu dəvətini alana qədər.

24 Fevral 2016-cı il tarixində “Yeni Həyat” Şirkətlər Qrupu “Grand Hayat” yaşayış kompleksinin tikinti sahəsinin qapılarını jurnalistlərin üzünə açıb, tikintinin gedişini onlara əyani göstərdi və şirkətin əməkdaşları media işçilərinin sullarını cavablandırdılar.

“Grand Hayat” layihəsi də “Yeni Həyat” Şirkətlər Qrupunun möhtəşəm layihələrindəndir, əsasən orta təbəqə üçün nəzərdə tutulub”. Bu sözləri “Yeni Həyat” Şirkətlər Qrupunun Müştəri Xidməti Departamenti və İctimaiyyətlə Əlaqələr üzrə meneceri Nərgiz Rəfiyeva jurnalistlərlə görüşü zamanı qeyd edib.

Geniş otaqlı və gözəl mənzərəli mənzillər

“Grand Hayat”da mənzillərin sahəsinin nisbətən kiçik olması onu orta təbəqə üçün daha münasib edir. “Ümumi götürdükdə isə mənzillərin sahəsi düşündüyümüz qədər də kiçik deyil. “Grand Hayat”da mənzillərin ölçüsü  64 kvadratdan 176 kvadrata qədər (64, 98, 103, 104, 142, 144, 145, 164, 176 m2) dəyişir ki, bu da mənzillərin  1, 2, 3 və 4 otaqlı olmasından asılıdır”, deyə N.Rəfiyeva bildirib.

Yaşayış kompleksinin ümumi ərazisi 4 hektardır. Bunun 3 hektarı landşafta, 1 hektarı isə tikinti sahəsinə ayrılıb. Ümumilikdə, “Grand Hayat” yaşayış kompleksi  27 mərtəbəli 10 binadan ibarətdir. Yaşayış hər binada 4-cü mərtəbədən başlayacaq, ilk üç mərtəbə isə qeyri-yaşayış üçün nəzərdə tutulmuşdur. Tikintisi  2015-ci ilin may ayında başlayan bu yaşayış kompleksinin 2017-ci ilin sonuna təhvil verilməsi nəzərdə tutulur. “Grand Hayat” üzrə indiyədək artıq 60% satış həyata keçirilib. Tbilisi prospekti 1054 ünvanında tikilən bu yaşayış kompleksi yerləşdiyi məkan baxımından da çox rahatdır.

Qiymətlər artmayıb

Ötən il ard-arda həyata keçirilən devalvasiya prosesi bir çox sahələrdə qiymətlərin artması ilə nəticələnsə də, “Yeni Hayat” Şirkətlər Qrupunda mənzillərin qiymətləri dəyişməyib. Əvvəllər olduğu kimi indi də  mənzillərin bir kvadratmertinin qiyməti 950 manatdan başlayır. Bu isə şirkətin öz alıcılarına verdiyi dəyərin və onlara olan etimadın göstəricisidir.

Sərfəli ipoteka ilə mənzilə sahib ol

“Grand  Hayat” layihəsində hal-hazırda sərfəli ipoteka şərtlərinin olduğunu bildirən “Grand Hayat”ın Satış üzrə meneceri Pərviz Hüseynov 20 illik ipoteka kampaniyasının  satışlara da müsbət təsir göstərdiyini deyib:

“Hazırda “Grand Hayat”da 20 illik, illik 8 faiz, ilkin ödəniş 10% olmaqla ipoteka kampaniyası var. İpoteka müddəti 20 illik olduğu üçün aylıq ödənişlər də aşağı olur”. O, həmçinin illik 8% ödənişin yanlış olaraq bir çoxları tərəfindən  kredit məbləği 100 000 manat olduqda 100 000 manat da artıq ödəniş etmiş olurlar kimi düşünülməsi məsələsinə də aydınlıq gətirib: “Əslində ipoteka 8% olsa da, effektiv faiz 4,4% təşkil edir. Bu da itiriləcək məbləğin az olması deməkdir. Effektiv faiz nədir? Bir çoxları bunu başa düşmür. Bunu rəqəmlər üzərində izah edək, misal üçün, bir mənzil üçün kredit məbləği 100 000 manat ayrılırsa, 8% üzərinə gələndə 10 il üçün illik 8% nəzərdə tutulur. Buradan illik 8%-lə qalıq məbləğini hesablasaq, bu, ilə daha böyük rəqəm edir, amma illər keçdikcə məbləğ azaldığından sonda itirələcək məbləğ cəmi 4,4% olur”.

Tək şəxsiyyət vəsiqəsi ilə ipoteka

“Yeni Hayat” yaşayış kompleksində ipoteka şərtləri də çox sadədir. Belə ki, siz hər hansı mənzilə sahib olmaq üçün çoxsaylı sənəd toplusu, iş yerindən arayış və s. ilə özünüzü yormayacaqsınız. “Grand Hayat” yaşayış kompleksində istədiyiniz mənzilə sahib olmaq üçün tək şəxsiyyət vəsiqəsi ilə ipoteka götürə bilərsiniz.

Sərfəli endirim kampaniyaları

“Grand Hayat” yaşayış kompleksində ilkin ödəniş əsasən 10%-dən başlayır.  İlkin ödəniş artdıqca mənzilin kvadrat metrinin qiymətində də endirim olunur: 20% üçün  kv.m üzrə endirim 20 manat,  30%  üçün  30 manat, 40% üçün 40 manat,  50% üçün isə 50 manat. Nağd ödəniş zamanı  müştərilərə əlavə endirimlər təqdim edilir.

Həmçinin,  faizsiz ödəniş şərtləri ilə də burada mənzilə sahib ola bilərsiniz. Mənzilin dəyərinin 20%-i öncədən ödənildikdə qalan məbləği 6 aya, 30%-i ödənildikdə 12 aya, 40%-i ödənildikdə 18 aya, 50%-i ödənildikdə 24 aya hissə-hissə ödəmək mümkündür.

Dəqiq ölçülü mənzillər

Bu gün bir çoxlarının yeni mənzilə sahib olarkən əsas şikayətlərindən biri aldığı mənzilin kvadratmetrinin qeyd edildiyindən kiçik olmasıdır. Bu da əsasən mənzilin ölçüləri hesablanarkən onun divar arakəsmələrinin, qapı-pəncərə boşluqlarının da hesablanması ilə əlaqədardır. “Grand Hayat” layihəsi, ümumiyyətlə isə “Yeni Hayat” Şirkətlər Qrupu bazarda az sayda şirkətdən biridir ki, mənzillərin satışı prosesində çöl divarlarını belə ölçülərə daxil etmir.  Hətta  sakinlərin kafel, metlaq döşəyə biləcəyi ərazi də mənzilin kvadratmetri ölçülərkən hesablanmır.

Kommunal xidmətlər tam təchiz olunacaqdır

Mənzillərin kommunal xidmətlərinə gəldikdə isə binalar bütün kommunal xidmətlərlə tam təchiz olunacaqdır. Buna görə ödənişlər  aylıq şəkildə qəbul diləcəkdir. Ümumiyyətlə, mənzillərin kommunal xərclərinin mərkəzləşmiş qaydada idarə edilməsi müştərilər üçün də sərfəlidir. “Yeni Hayat”ın “Hayat Menegement” şirkəti də var ki, təhvil verilən binalara xidmət göstərir.

Mənzillər kupça ilə təmin olunur

Hazırda alqı-satqı proseslərində müştərilərin əsas problemlərindən biri də kupça məsələsidir. Bu məsələyə də aydınlıq gətirən P.Hüseynov, “Təməldən satış olduqda ilkin olaraq kupça verilmir, çünki alqı-satqı müqavilə əsasında olur. Bina tam təhvil verildikdən sonra isə müştərilər kupçalarla təmin olunurlar”, deyə qeyd edib. Mənzil üçün tam ödəniş olduqda müştərilərə maliyyə arayışı verilir ki, bu da müştərinin heç bir MTK-ya borcunun  qalmadığının göstəricisidir. Ümumiyyətlə isə, kupça “Yeni Hayat” deyil, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti  tərəfindən verilir, şirkət sadəcə müəyyən sənədləşmə prosesində müştərilərə yardımçı olur, dövlət qurumlarının verdiyi icazələri, FHN, Bakı şəhər İcra Hakimiyyəti və digər instansiyaların sənədlərinin surətlərini müştərilərə təqdim edir. Binaların təhvilindən bir il keçməmiş isə hər kəs  kupça ilə təmin olunur.

Keyfiyyət hər zaman birincidir

“Grand Hayat” yaşayış kompleksində betondan  armatura qədər bütün materiallar  keyfiyyət standartlarına uyğundur və laboratoriyalarda analiz olunur. Tikinti materialları kimi əsasən yerli, həmçinin xaricdən idxal olunan məhsullardan da istifadə edilir.

8 bal gücündə zəlzələyə dözümlüdür

Seysmoloji baxımdan effektli olan bu binalar 8 bal gücündə zəlzələyə də  dözümlüdür. Bu da “Grand Hayat” yaşayış kompleksini sakinlər üçün daha təhlükəsiz edir.

7S standartı ilə daha rahat həyat

“Grand Hayat” kompleksində sakinlər və qonaqların rahatlığı üçün  şəhərin 3 müxtəlif istiqamətinə çıxışı olan avtodayanacaq, 30.000 m2 sahədə yaşıl park, hovuz, hipermarket və s. nəzərdə tutulub.

“Yeni Həyat” Şirkətlər Qrupunda tətbiq olunan 7S standartlar toplusu yaşamın bütün elementlərini özündə əks etdirir:

1S- Binaya təmizlik, təhlükəsizlik, müştəri xidməti və s. xidmətlər;
2S- 1, 2, 3 və 4 otaqlı olmaqla ilkin təmirli mənzillər;
3S- Yaşıl park və su hovuzları olan 20 000 m2- lik həyətyanı sahə;
4S- Gündəlik bütün ehtiyyacları ödəyəcək 5000 m2- lik hipermarket;
5S- Qadın və kişilər üçün ayrı hovuzu olan SPA, qadın və kişilər üçün ayrı zallardan ibarət Fitness və açıq idman sahələrini cəmləyən sağlamlıq mərkəzi;
6S- Uşaq bağçası, əyləncə mərkəzinin yer aldığı uşaq qayğı və istirahət mərkəzi;
7S- İnsanların  asudə vaxtlarını keçirə biləcəkləri kafe və restoranların yer aldığı iaşə sahəsi.

İşçilərlə əvvəlcədən əmək müqaviləsi bağlanır

Jurnalistlər həmçinin “Grand Hayat” yaşayış kompleksinin tikinti meydançasında da oldular və tikinti prosesini canlı surətdə izləmək imkanı qazandılar. Layihə rəhbəri  Rəhim Rəcəbov tikintinin əlverişli və təsdiq olunmuş zonalarda tikildiyini, bütün təhlükəsizlik qaydalarına əməl olunduğunu bildirib: “Binaların hər birinin bünövrəsi  22 metr dərinlikdə yerləşir. Hazırda 10 binadan 4-də işlər davam edir”. Onu da qeyd edək ki, burada çalışan bütün işçilərin sığortası və əmək müqaviləsi mövcuddur.

Mənzillərə xarici vətəndaşlar da maraq göstərir

“Yeni Hayat”ın əlverişli şərtləri, yerləşdiyi ərazi, mənzillərin rahatlığı və hər təbəqə üçün uyğunluğu bura yalnız yerli deyil, xarici müştəriləri də cəlb edir. Şirkətə müraciət edən xarici vətəndaşlar daha çox  İran, Rusiya, Türkiyə kimi ölkələrdəndir.  Satış prosesində xarici vətəndaşlar üçün yeganə fərq mənzillərin yalnız nağd qaydada satılmasıdır.

Qeyd edək ki, “Yeni Hayat” şirkəti 2002-ci ildə yaradılıb. 14 ildir ki fəaliyyət göstərir. Layihələrinin sayca az olmasına baxmayaraq, yetərincə tanınmış və bəyənilən layihələrdir. Bunlara “Yeni Hayat Residence”, “Yeni Hayat Plaza”, “Azure” Kompleksi, "Megafun" aiddir.