PAŞA Sığorta yeni nümayəndəliyini açıb

PAŞA Sığorta yeni nümayəndəliyini açıb | alkredit.az

Daima müştəri məmnuniyyətini və rahatlığını artırmaqda səylərini əsirgəməyən PAŞA Sığorta şirkəti, fevral ayının 19-u Bərdə rayonunda yeni nümayəndəliyini müştərilərin xidmətinə verib.

Şirkətdən “Marja”ya daxil olmuş məlumata görə, təntənəli açılış mərasimində PAŞA Sığorta ASC-nin İdarə Heyətinin üzvləri, departament və şöbə rəhbərləri, həmçinin yerli icra hakimiyyətinin rəhbər və məsul işçiləri iştirak edib. Müasir tələblərə tam cavab verən yeni nümayəndəlik Bərdə rayonu, Koroğlu küçəsində fəaliyyət göstərəcəkdir.

Nümayəndəlik şəbəkəsinin genişlənməsi PAŞA Sığorta şirkətinin əsas inkişaf prioritetləri sırasındadır, əsas məqsəd isə tək Bakı şəhərində deyil, həmçinin regionlarda yaşayan əhalinin bütün sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını, baş verən sığorta hadisələri zamanı isə peşəkar heyətin dəstəyi ilə müştərilərə operativ xidmətin göstərilməsini təmin etməkdir.

ƏN BÖYÜK SIĞORTA ŞİRKƏTİDİR

Qeyd edək ki, "PAŞA Sığorta" şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 35 növ könüllü və icbari sığorta növü üzrə xidmət göstərir. Nizamnamə kapitalı 50 mln manat olmaqla, “PAŞA Sığorta” kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycanın sığorta və təkrar sığorta bazarında lider mövqeyini gücləndirir.

mənbə:marja