Pod moyak mənzillərin qiymətləri düşür - Hesabat

Pod moyak mənzillərin qiymətləri düşür - Hesabat | alkredit.az

"Ötən Sentyabr ayı üzrə müşahidələr göstərir ki, ilkin yaşayış mənzil bazarında satışa təklif olunan “pod moyak” yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 1037 $/кv.m-dən -3.09% azalaraq 1005 $/кv.m-ə qədər, milli valyuta ilə isə ay ərzində 1087 AZN/кv.m-dən azalaraq 1053 AZN/кv.m bəndində qərarlaşmışdır".

“MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupunun hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, ilkin yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsini 1000 $/kv.m-ə qədər olan ucuz mənzillər təşkil edir, ümumi portfelin 53.6%-i. Qiyməti 1000-1500 $/kv.m aralığında olan orta mənzillərə düşən pay isə 38.0%-dir. Qeydə alınan orta bazar qiymətləri isə müvafiq olaraq 765 $/kv.m və 1195 $/kv.m-dir. Ümumi təklif portfelinin qalan 8.4%-ni isə qiyməti 1500 $/kv.m-dən yuxarı olan bahalı mənzillərdir, burada qeydə alınan orta qiymət isə 2145 $/kv.m-dir.

Hesabat ayı üzrə təklif portfelində satışa çıxarılan “pod moyak” mənzillərin sayında Nəsimi, Xətai və Yasamal rayonlarının payı mütləq çoxluq təşkil edir və bu 3 rayonun ümumi təklif portfelindəki payı birlikdə 64.1%-ə bərabərdir.

İlkin yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil 2 otaqlı təmirsiz mənzildə qeydə alınmışdır. Səbail rayonunda, “Sahil” m/st yaxınlığında yerləşən 99 kv.m sahəyə malik olan, tam təmirsiz mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 2800 USD təşkil etmişdir. Ən ucuz mənzil isə, Sabunçu rayonunda, Zabrat qəsəbəsində qeydə alınmışdır. Ümumi sahəsi 80 kv.m olan yeni tikili, 2 otaqlı mənzildə qeydə alınıb, 450 USD/kv.m.

Son ayda bаzаrdа təklif olunan “pod moyak” mənzillərin ümumi orta sahəsi -8.6% azalaraq 113.58 kv.m təşkil edib. Otaqlar üzrə isə bir otaqlı mənzilin ümumi sahəsi ortalama 56.4, iki otaqlı 90.54, üç otaqlı 128.7, dörd və beş otaqlı mənzillərdə isə müvafiq olaraq orta sahə 185.4 və 190.0 kv.m qeydə alınmışdır.

Təklif üzrə ən çoх paya 2 və 3 otaqlı mənzillər sahibdir, müvafiq olaraq 34.9% və 32.8%.

İlkin yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsini 1000 $/kv.m-ə qədər olan ucuz mənzillər təşkil edir, ümumi portfelin 65%-i. Qiyməti 1000-1500 $/kv.m aralığında olan orta mənzillərə düşən pay isə 28%-dir. Qeydə alınan orta bazar qiymətləri isə müvafiq olaraq 725 $/kv.m və 1140 $/kv.m-dir. Ümumi təklif portfelinin qalan 7.0%-ni isə qiyməti 1500 $/kv.m-dən yuxarı olan bahalı mənzillərdir, burada qeydə alınan orta qiymət isə 2080 $/kv.m-dir.

İlkin yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil 5 otaqlı təmirsiz mənzildə qeydə alınmışdır. Nəsimi rayonunda, Qaqarin (Cavanşir) körpüsü yaxınlığında yerləşən 264 kv.m sahəyə malik olan, tam təmirsiz mənzilin kvadrat metrinin satışa təklif olunan ilkin qiyməti 3200 USD təşkil etmişdir. Ən ucuz mənzil isə Abşeron rayonu, Xırdalan şəhərində qeydə alınmışdır. Ümumi sahəsi 104 kv.m olan 2 otaqlı yeni tikili mənzildə qeydə alınıb, 400 USD/kv.m.

Son ayda bаzаrdа təklif olunan “pod moyak” mənzillərin ümumi orta sahəsi -9.0% azalaraq 108.46 kv.m təşkil edib. Otaqlar üzrə isə bir otaqlı mənzilin ümumi sahəsi ortalama 60.0, iki otaqlı 87.2, üç otaqlı 124.0, dörd və beş otaqlı mənzillərdə isə müvafiq olaraq orta sahə 180.3 və 254.7 kv.m qeydə alınmışdır.

Bazara təklif olunan yeni tikili mənzillərin sayı ötən ayın təklif portfeli ilə müqayisədə 1.7% artmışdır. Təklif üzrə ən çoх paya 2 və 3 otaqlılarda qеydə alınıb, müvafiq olaraq 34% və 33%. Ümumi təklif portfelinin 19%-ni 1 otaqlılar, qalan 14%-ni isə çox otaqlılar təşkil edib.

Ay ərzində təklif qiyməti Abşeron, Binəqədi, Nizami, Səbail, Suraxanı, Xətai və Yasamal rayonlarında azalmış, Nərimanov, Nəsimi, Qaradağ və Sabunçu rayonlarında isə nisbətən artmışdır.

Bazarda mənzillərin 1 kv.m-in orta qiymətindən (1005 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfеldə daha çoх paya, yəni 59.0%-ə malikdir. Bazara təklif olunan yeni tikili mənzillərin orta otaq göstəricisi 2.4, orta sahə göstəricisi 108 kv.m, hər otağın orta satış qiyməti 51 000 ABŞ dolları, mənzilin orta qiyməti isə 122 300 ABŞ dolları təşkil еdib.

mənbə:marja