Qızılın alışı artır, qiymət qalxır

Qızılın alışı artır, qiymət qalxır | alkredit.az

Qızılın unsiyası 1157.20 dollara qədər qalxaraq 29 Oktyabrdan bu yana ən yüksək səviyyəni görüb.

Qızıl qiymətləri dolların dəyərdən düşməsinə paralel olaraq Oktyabr ayından bu yana ən yüksək səviyyələrə çıxıb.

ABŞ-da faizlərin Fed-in daha əvvəldən məlumatını verdiyi sürətdə qaldırmayacağına dair güclənən gözləntilər Dolların dəyərinə təzyiq yaradır.

Qlobal iqtisadi inkişafın güc itirdiyinə dair narahatlıqlar da qızılın alışını artırır. İlin əvvəlindən bu yana 9%-ə yaxın bahalaşan qızıl, bazarlarda ən çox gəlir təmin edən aktivlərdən biri mövqeyindədir.

Qızıl, dünən 1157.20 dollara qədər qalxaraq 29 Oktyabrdan bu yana ən yüksək səviyyəni gördükdən sonra 1154 dollardan əməliyyat olunur. Qızıl həftənin əvvəlindən bu yana 3%-dən çox dəyər qazanıb.

mənbə:marja