Qızıldan uzaq durun

Qızıldan uzaq durun | alkredit.az

Gartman Lether-ın naşiri Dennis Gartman, investorlardan yaxın perspektivdə qızıldan uzaq durmalarını tövsiyə edib.

Gartman, "Qızılda 1270-1285 dollar/unsiya aralığında aqressiv bir satış baş verdi. Satış aparan investorlar, Fed-dən bir faiz artırımı qərarı gələnə qədər bunu etməyə davam edəcəklər" deyə bildirib.

Qızılda əməliyyat etməsi lazım olanların bunu ABŞ Dollarında etməkdən uzaq durmalarını tövsiyə edən Gartmen, Fed-in bu yay faiz artıracağı yönündə fərziyyələrin artdığına işarə edərək, investorların kənara çəkilib gözləmələri lazım olduğunu ifadə edib.

Gartman, bu ilin ilk faiz artırımı edilənə qədər qızılda yuxarı istiqamətli mövqe almaq(qiymətlərin yüksələcəyini gözləmək) vaxtı olmadığını iddia edib.

Qeyd edək ki, Fed faizi artırarsa dolların daha da bahlaşacağı gözlənilir. Adətən dollar bahalaşan zaman qızıl ucuzlaşır.