Qarant Sığorta-nın portfeli bu şirkətə ötürüldü

Qarant Sığorta-nın portfeli bu şirkətə ötürüldü | alkredit.az

Ötən il dekabr ayının 30-da bağlanan “Qarant Sığorta” şirkətinin sığorta portfeli  “PAŞA Sığorta”ya ötürülməsi prosesinə başlanılıb.

Bu barədə  “PAŞA Sığorta”dan bildirilib. Şirkətdən verilən məlumata görə,  sığorta portfelinin ötürülməsi prosesi 1 ay ərzində yekunlaşacaq.

Xatırladaq ki, bir qədər əvvəl "Garant Holding"dən  verilən açıqlamada şirkətin sığorta portfelinin yerli sığorta bazarının yüksək maliyyə sabitliyinə malik olan lider şirkətlərə ötürüləcəyi bildirilmişdi.

Mənbə: fins.az