Rabitəbank ASC “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank seçilmişdir.
12 fevral tarixindən etibarən Rabitəbank ASC Əmanətlərin Sığortalanması Fondu tərəfindən “Texnikabank” ASC - nin əmanət müştərilərinin qorunan əmanətləri üzrə kompensasiya ödənişləri üçün agent bank seçilmişdir.
Rabitəbank ASC “Texnikabank” ASC – nin əmanət müştərilərinin qorunan əmanətləri üzrə kompensasiya ödənişlərini Baki şəhərində fəaliyyət göstərən filiallarında həyata keçirir.
Qorunan əmanətçilər aşağıdakı cədvələ uyğun olaraq “Texnikabank” ASC-də əmanəti olduğu filialın qarşısında qeyd edilən Rabitəbank-ın filialına müraciət etməklə kompensasiya almaq üçün ərizələri təqdim edə bilər.
Ətraflı məlumat üçün, Rabitəbank-ın 133 nömrəli məlumat mərkəzinə zəng edərək, eldə edə bilərsiniz.