Silk Way Bank kart sahiblərinin məzənnə itkilərini öz üzərinə götürüb

Silk Way Bank kart sahiblərinin məzənnə itkilərini öz üzərinə götürüb | alkredit.az

Milli valyutanın xarici valyutalar qarşısında məzənnəsinin kəskin düşməsi nəticəsində kart sahiblərinin məruz qala biləcəyi itkiləri "Silk Way Bank" ASC öz üzərinə götürüb.

Bu məqsədlə, kart hesabı milli valyutada olan və dekabrın 21-də yeni valyuta məzənnələri elan olunanadək xarici valyutada aparılan əməliyyat məbləğləri hesablardan silinərkən dekabrın 18-də qüvvədə olmuş məzənnə əsas götürüləcək.

"Bu qərar Bankın həm kredit, həm də debit kartlarına şamil edilir", - deyə "Silk Way Bank"dan bildirilib.

mənbə:report