Türk lirəsi “nəfəs aldı”

Türk lirəsi nəfəs aldı | alkredit.az

Türkiyədə noyabrın 1-də keçirilmiş parlament seçkisinin nəticələri məlum olub.Ədalət və İnkişaf Partiyası (AKP) təkbaşına iqtidar olacaq. AKP  səslərin 49,4%-ni alaraq seçkidən birinci yerdə çıxıb.

Seçkidə AKP-nin qalib gəlməsi ilə Türk lirəsi Dollar qarşısında 2,5% bahalaşıb və 1 dollar 2,84 lirəyə bərabər olub.

Ümumiyyətlə, Türk lirəsi Oktyabr ayında dollar və avroya qarşı orta hesabla 4,4 faiz dəyər qazanaraq, təxminən 4 ilin ən sürətli aylıq yüksəlişini həyata keçirib. Səbəb ABŞ Mərkəzi Bankı Fed-in faiz artırmasını təxirə salması və Türkiyədə AKP-nin təkbaşına hökumət qura bilməsi ilə siyasi qeyri-müəyyənliyin azalmasıdır.

Bu ilin Sentyabr ayında Dollar/Türk lirəsi məzənnəsi 3,0753 lirə səviyyəsinədək çıxmışdı.

mənbə:marja