Türkiyə, Azərbaycan və Gürcüstan ticarətinə PAŞA Bank dəstəyi

Türkiyə, Azərbaycan və Gürcüstan ticarətinə PAŞA Bank dəstəyi | alkredit.az

Azərbaycanın investisiya bankı "PASHA Bank" (PAŞA Bank), Türkiyə, Azərbaycan və Gürcüstan arasında ticarətin inkişaf etdirilməsinə töhfə verməyi hədəfləyir. Hər nə qədər geosiyasi konyuktura və iqtisadi proseslər ticarətin səngiyəcəyinə qarşı siqnallar versə də, "PASHA Bank"ın Baş direktoru H. Cenk Eynehan nikbindir və çətinliklər olsa da sektorun artacağını deyir.

Türkiyənin ilk xarici kapitallı bankı olan "PASHA Bank Türkiye"nin tarixi əslində 1987-ci ilə söykənir. Bəhreynin "TAIB Bankı"nın iştirakı olaraq "Yatırım Bank A.Ş." adı ilə qurulan bankın adı 1997-ci ildə "TAIB" olaraq dəyişdirilir. 2000-ci ildən sonra kiçilən bankın Türkiyədəki fəaliyyətlərinin olduqca azaldığı diqqət çəkir.

2007-ci ildə bankın 58,57%-lik hissəsi Dubay şeyxi Əl Maktumun sahibi olduğu "Dubay Holdinq"ə məxsus "Dubay Financial Group LLC" tərəfindən satın alınır. 2013-ci ildə isə "Aksoy Holdinq", bankın 99,9 faiz səhmini təhvil alır. "Aksoy Holdinq", iki il ərzində bankı reabilitasiyadan keçirir və səhmlərini ötən il Azərbaycanın "PASHA Bank" ASC-nə satır və bank fəaliyyətinə "PASHA Bank Türkiye" olaraq davam edir.

Bank, ötən il mənfəətə keçib. 2015-ci il mənfəətinin 9 milyon türk lirəsi olduğunu bildirən Cenk Eynehan, mənfəətə keçmələrinin özləri üçün çox əhəmiyyətli olduğunu ifadə edir. Ödənilmiş kapitalı da 255 milyon lirəyə çıxaran bankın kredit böyüklüyü, əldə olunan əlavə vəsaitlərlə birlikdə 400 milyon lirəyə yaxınlaşmış vəziyyətdədir. Aktiv və kredit həcminin 2014-ci ilə nisbətən beş dəfə artdığı diqqət çəkir.

"2015-ci ili çox yaxşı keçirdik. Bizim üçün başlanğıc ili idi" deyən Eynehan, indi hədəflərinin bankı daha da böyüdərək, bazarda daha tanınan etmək olduğunu ifadə edir.

"Bu səbəblə, "PASHA Bank" fərqli sektorlarda fəaliyyət göstərmək istəyir. Bu sektorlar arasında tikinti, logistika, energetika, maliyyə və istehsal da yer alır". Bu sektorlarda aktiv olmağa hazır olduqlarını qeyd edən Eynehan, digər banklarla aralarındakı fərqi belə izah edir: "Ana səhmdarımızın dəstəyi ilə Türkiyə, Azərbaycan və Gürcüstan üçbucağında böyümək istəyən müəssisələrə ticarətin maliyyələşdirilməsi, məsləhət xidmətləri və layihə maliyyə dəstəyi verəcəyik. Bizim nişimiz budur".

Türkiyədə filiallar açmağı planlaşdırmayan "PASHA Bank", son iki ildə informasiya texnologiyaları bazasında da təkmilləşdirmələr etmişdir. Kommersiya müştərilərinə internet bankingi təqdim edən "Pasha Bank", beləliklə xidmətlərini sürətləndirmişdir.

"Çox müştəri ilə işləmək kimi bir istəyimiz və strategiyamız yoxdur. Müştərilərimizə yaxın olmaq istəyirik. Texnologiyaya investisiyalarımızın məqsədi də müştərilərimizin tələb və ehtiyaclarını ən qısa zamanda ödəməkdir" deyir.

Ticarət bankçılığında şirkətlər internet bankdan nağd pul axınının idarə edilməsində istifadə edir. Eynehana görə, qarşıdakı dövrdə bank filiallarının sayı azalacaq.

"PASHA Bank"ın Türkiyədəki sərmayələrinə uzunmüddətli baxdığını qeyd edən Eynehan, "Türkiyə ilə Azərbaycan arasında çoxəsrlik bir əlaqə var. Həm mədəni həm də qan bağı mənasında. Azərbaycan, Türkiyəni dünyada özünə ən yaxın ölkə hesab edir. İki ölkə arasındakı əlaqələri ifadə edən "bir millət iki dövlət" sözünü Azərbaycana gedəndə aydın görürük. Azərbaycanlıların Türkiyə sevgisi inanılmaz, ikinci vətəni kimi görürlər" deyir.

Gürcüstandakı böyük enerji layihələrini Türk investorlarının həyata keçirdiyinə diqqət çəkən Eynehan, "Gürcüstan 3,7 milyon əhalisi olan kiçik bir ölkədir. Ancaq, Türkiyəyə yaxın olması və çox təbii ehtiyatlarının olması səbəbindən hidroelektrik stansiyalarının qurulmasına imkan verir" deyir. Gürcüstanda "qur-işlət-təhvil ver" modeli ilə 14 hidroelektrik stansiyası qurulmuş vəziyyətdədir. Buradan xüsusən Qara Dənizə enerji ticarətinin söz mövzusu ola biləcəyi bildirilir".

mənbə:marja