Vergi ödəyicilərinə borc xəbərdarlığı

Vergi ödəyicilərinə borc xəbərdarlığı | alkredit.az

Azərbaycanın Vergilər Nazirliyi vergi ödəyicilərinə xəbərdarlıq edib.

Xəbərdarlıqda Vergilər Nazirliyində struktur dəyişikliyi aparıldığı və bundan sonra vergi borcları yaranan andan Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin icratına götürüləcək və borcların alınması istiqamətində qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görüləcək.

“Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti yalnız cinayət tərkibi yaradan vergi borcları haqqında materiallar istintaq və təhqiqat strukturlarına daxil olduqdan sonra deyil, hər bir borcun yarandığı ilk gündən etibarən məşğul olmağa başlayacaq. Bu isə, cinayət tərkibi yaradan vergi borcu materiallarının xeyli sayda azalmasına, borclu vergi ödəyicilərində məsuliyyət hissinin artmasına və onların gələcəkdə cinayət törətməkdən çəkinmələrinə səbəb olacaq, habelə dövlət büdcəsinə borclardan daxil olan vəsaitlərin məbləğinin artmasına müsbət təsir göstərəcək”,- Nazirliyin dünən yaydığı məlumatda deyilirdi.

Vergilər Nazirliyində aparılmış struktur dəyişikliyi barədə daha ətraflı buradan oxuya bilərsiniz.