Vergilər Nazirliyi yeniliklər tətbiq edəcək

Vergilər Nazirliyi yeniliklər tətbiq edəcək | alkredit.az

Vergilər Nazirliyi 2016-cı ildə vergi sahəsində ən böyük yeniliyin bütün hesab fakturaların elektron şəkildə tətbiqinə keçid olacağını açıqlayıb.

Vergilər nazirinin 1-ci müavini Natiq Əmirov bildirib ki, hazırda bu istiqamətdə müvafiq işlər aparılır, amma hökumət hələ son qərarını verməyib:

“Gələn il üçün ən böyük dəyişiklik, bütün hesab-fakturaların (invoysların) elektron şəkildə tətbiqi olacaqdır. Biz hazırda bunun üzərində çalışırıq. Bilirsiniz ki, 2008-ci ildən əlavə dəyər vergisinin (ƏDV) hesab fakturaları elektron şəkildə Vergilər Nazirliyinin mərkəzi bazası vasitəsilə həyata keçirilir. 2016-cı ildən isə, biz bütün fakturaları, yəni mal alınıb satılan bütün fakturaların elektron şəkildə tətbiqinə nail olmaq istəyirik.  Bu həm iqtisadi sahədə, həm də vergi orqanlarının fəaliyyəti sahəsində şəffaflığı təmin edəcək, həm də qarşılıqlı münasibətlərdə anlaşılmazlığın qarşısını alacaq. Ən böyük yenilik bu olacaqdır”.

Mənbə:Marja