Volvo tarixində ilk dəfə bir ildə 500 min maşın satıb

Volvo tarixində ilk dəfə bir ildə 500 min maşın satıb | alkredit.az

İsveçin avtomobil istehsalçısı Volvo 2015-ci il ərzində 503 min avtomobil satıb. Bu şirkətin fəaliyyət göstərdiyi 89 il ərzində rekord olub. "Marja" xəbər verir ki, bu, şirkətin yaydığı məlumatda deyilir.

Həmçinin 2015-ci ildə Volvo-nun əməliyyat mənfəəti üç dəfə artıraq 6,6 mlrd. isveç kronu (773,7 milyon dollar) təşkil edib. Ötən il şirkətin cəmi gəliri isə15,8% artaraq 164 mlrd. kron (19,3 milyard dollar) olub.

Şirkət qeyd edir ki, yenilənmiş Volvo XC90 modelinin satışı proqnozdan çox olub və 88 min ədəd təşkil edib.