Worldcard ödənişi etmək istəyənlər emanat terminallarından istifadə edə bilər

Worldcard ödənişi etmək istəyənlər emanat terminallarından istifadə edə bilər | alkredit.az

Alternativ Xidmət Kanallarının inkişafına önəm verən Yapı Kredi Bank Azərbaycan daha bir yenilik etmişdir. Artıq Yapı Kredi Bank Azərbaycana kredit və Worldcard ödənişi etmək istəyənlər emanat terminallarından istifadə edə bilərlər. Ödəmələr  AZN olaraq qəbul olunur. Worldcard ödəməsi üçün kart nömrəsi və şəxsiyyət vəsiqəsinin PIN kodunu, Kredit ödəməsi üçün isə hesab nömrəsi və şəxsiyyət vəsiqəsinin PIN kodunu daxil etmək kifayətdir.Hər hansı borcu ödəmək üçün müştərilərdən heç bir komissiya tutulmur və ödənilən məbləğ dərhal hesaba yatırılır.

Yapı Kredi Bank Azərbaycan bankçılığın hər sahəsində fiziki və hüquqi şəxslər üçün müxtəlif məhsul və xidmətlər təklif edir. Bank yarandığı gündən “xidmətdə sərhəd yoxdur” prinsipinə sadiq qalaraq, müxtəlif çeşidli kredit və depozit məhsulları, eyni zamanda kredit və debet kartları, pul köçürmə, sığorta, İnternet Bankçılıq, Mobil Bankçılıq və 24/7 fasiləsiz çalışan *0444 Telefon Mərkəzi kimi innovativ həllərini müştərilərin istifadəsinə təqdim edir.

 

www.yapikredi.com.az

https://www.facebook.com/YapiKrediAZ