Worldcard-la Nyu York-a pulsuz səyahət

Worldcard-la Nyu York-a pulsuz səyahət | alkredit.az

Nyu Yorka pulsuz səyahət etmək istəyənlər üçün Worldcard-dan misilsiz fürsət .

Bankçılıq sektorunda hər zaman yeniliklərə imza atan Yapı Kredi Bank Azərbaycan, bu dəfə də Worldcard müştəriləri üçün iddialı və bir o qədər də maraqlı kampaniya təklif edir. Bank müştərisinə 2 nəfərlik hər şey daxil (Bilet, otel, sığorta, viza) ABŞ-ın Nyu York şəhərinə səfər hədiyyə etməkdədir.

Bundan əlavə, 1 nəfərə iPhone 6 və 3 nəfərə 100 manatlıq kart hədiyyə təklif edən kampaniyanın şərtləri də çox sadədir. Belə ki, Worldcard-la cəmi 10 manat və üzəri alış-veriş edən hər kəs kampaniyadan faydalanmaq şansı qazanır. Həm də, istənilən POS terminalla. Hətta, internet alış-verişləri də bu kampaniyaya daxil edilir. Müştərilərin şanslarını artırmaq istəyən Yapı Kredi Bank Azərbaycan, daha bir fürsət təqdim etməkdədir. Worldcard-la alış-verişlərini hissələrə bölən şəxslər hissə sayı qədər şans qazanacaqlar. Yəni ki, siz 50 manatlıq alış-veriş etdiniz və həmin alış-verişi 12 aya bölərsəniz, qazanma şansınız 12 dəfə olacaqdır. Nə qədər çox hissələrə bölsəniz, bir o qədər şansı artıran kampaniya haqqında ətraflı məlumat üçün www.worldcard.com.az və *0444 Yapı Kredi Telefon Mərkəzindən əldə etmək mümkündür.

Azərbaycanın qazandıran kredit kartı olan Worldcard geniş alış-veriş şəbəkəsi ilə sizlərə bu kimi fürsətləri təqdim etməkdən qürur duyur.

 

www.worldcard.com.az

https://www.facebook.com/YapiKrediWorldAZ