Yaşayış üçün məbləğ müəyyən olundu - 136 manat

Yaşayış üçün məbləğ müəyyən olundu - 136 manat | alkredit.az

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında”  Qanunu və “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” Qanunu imzalayıb.

Ehtiyac meyarının həddi, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2016-cı il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində təsdiq edilib.

Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği - 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilib.

Qanunlar 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.

 

mənbə:marja