Yarım milyard dollar sərmayə, 1200 iş yeri

Yarım milyard dollar sərmayə, 1200 iş yeri | alkredit.az

12 il bundan əvvəl, 2003-cü ildə yaradılan “AS Group İnvestment”in mövcud layihələr portfelinin dəyəri 500 mln. dollardan çoxdur.

Keçən ilin may ayında “AS Group İnvestment” Elmlər Akademiyası metro stansiyası yaxınlığında “Renessans Palace” premium-klass yaşayış kompleksinin tikintisinə start verib, keçən ilin noyabrında regionun ən iri yaşayış kompleksinin – “Dirsi”-in birinci mərhələsi başa çatdırılıb. Bundan əlavə “AS Group İnvestment” çınqıl, qum, armokarkas, beton və beton məhsullarının, dəmir-beton məmulatlarının iri istehsalçısıdır. “AS Group İnvestment”-in nəqliyyat parkına 230-dan çox müxtəlif növ tikinti texnikası daxildir. Məharətlə qurulmuş idarəetmə sistemi sayəsində, “AS Group İnvestment” bu cür mürəkkəb dövrdə 1200-dən çox insanı işlə təmin edir.

"Müasir qloballaşma şəraitində müxtəlif ölkələrin iqtisadiyyatı bir-biri ilə sıx bağlıdır. Mövcud vəziyyətdə Qərb ölkələrində iqtisadi böhran enerji daşıyıcılarının istehlakını azaldır ki, bu da neftin qiymətinin aşağı düşməsi ilə nəticələnir. Bu isə öz növbəsində neft ölkələrinin, o cümlədən Azərbaycanın iqtisadiyyatına mənfi təsir göstərir. Hökumət neftin qiymətinin düşməsindən yaranan fəsadları aradan qaldırmaq üçün qabaqlayıcı tədbirlər görür. Belə ki, kiçik və orta sahibkarlığa dəstək göstərilir, qeyri-neft sektoru artıq uzun illərdir ki, ölkənin iqtisadi inkişafında prioritet istiqamətdir. Özəl sektorun qeyri-neft sektorunun inkişafında xüsusi rolu var. Özəl sektorun güclü təmsilçisi – “AS Group İnvestment” Şirkətlər Qrupunun qeyri-neft sektorunun inkişafında əhəmiyyətli payı var.Öz layihələri sayəsində qeyri neft sektorunun önəmli təmsilçisi – “AS Group İnvestment” Şirkətlər Qrupu bundan sonra da məşğulluğun təmin olunmasına və vətəndaşların rifahının yüksəldilməsinə öz əvəzsiz töhfəsini verəcək",- Şirkətin məlumatında deyilir.

 

 

mənbə:marja