Yeni filial və şöbələr yaradacaq

Yeni filial və şöbələr yaradacaq | alkredit.az

Bu il “Azər-Türk Bank”ın həm Bakıda, həm də ölkənin regionlarında yeni filial və şöbələr yaradacaq.

Bankdan verilən məlumata görə, nümayəndəlik şəbəkəsinin genişləndirilməsi bankın inkişaf konsepsiyasına uyğun həyata keçiriləcək. Məqsəd müştərilər üçün daha əlçatan olmaq, eyni zamanda ayrı-ayrı ərazilərdəki geniş müştəri potensialını “Azər-Türk Bank”ın sərfəli məhsul və xidmətlərinə cəlb etməkdir.

Xatırladaq ki, ötən il bankın “Yasamal” filialı və Bakı şəhərindəki 5 saylı ASAN Xidmət Mərkəzində 1 saylı şöbəsi fəaliyyətə başlayıb. Həmçinin “Azər-Türk Bank”ın baş ofisi və Müştəri xidmətləri departamenti, “Bakı”, “Mərkəz” və “Gəncə” filialları müasir bankçılıq texnologiyalarına uyğun qurularaq müştərilərin ixtiyarına verilib.

Mənbə: fins.az