Yeni ipotekanın nə qədər tez başlaması deputatlardan asılıdır

Yeni ipotekanın nə qədər tez başlaması deputatlardan asılıdır | alkredit.az

Yeni ipoteka şərtlərinin tətbiq edilməsinə nə qədər tez başlanılması Milli Məclisin bir sıra qanunlara ediləcək dəyişiklikləri qəbul etməsindən asılı olacaqdır

Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bildirib ki, ipoteka kreditlərini sürətləndirmək üçün İpoteka haqqında qanuna və ipoteka ilə bağlı 5 qanuna təklif edilən dəyişikliklər Milli Məclis tərəfindən qısa müddətdə qəbul edilməlidir.

Bildiyimiz kimi, 27 Oktybar 2015-ci il tarixində Azərbaycan Prezidentinin Azərbaycan İpoteka Fondunun Açıq səhmdar formasına çevrilməsi ilə sərəncamı oldu. Həmin sərəmcamda bir sıra vəzifələr qoyulmuşdur.

Azərbaycan Banklar Assosiasiyasında Mərkəzi Bankın sədrinin və bankların rəhbərlərinin iştirakı ilə İpoteka haqqında mövcud olan qanuna verilən təkliflər müzakirə edilmişdir. Bu təkliflər uzun müddətdir hökumətə təqdim edilmişdir lakin, təəssüf olsun ki, bu günə qədər təsdiq edilməmişdir. Qarşıdakı dövrdə isə xüsusi bir vəzifə qoyulmuşdur ki, İpoteka Fondunun vəsaitləri hesabına verilən kreditlərin həcmi daha da genişləndirilsin, şərtləri daha da yumuşaldılsın. Biz istərdik ki, bu dövrə qədər qanunvericiliyə təklif olunan müvafiq dəyişikliklər daha sürətlə həyata keçirilsin. Cənab Prezidentin də verdiyi Sərəncamda göstərilmişdir ki, ipoteka ilə yüklü edilmiş əmlaka tələbin yönəldilməsi və hərracların keçirilməsi üzrə işlərın yaxşılaşdırılması üçün qanunvericiliyə dəyişikliklər edilməlidir. Biz düşünürük ki, yeni tərkibli parlament bu məsələlərə daha sürətlə baxacaq və İpoteka haqqında qanuna və ipoteka ilə bağlı 5 qanuna təklif edilən müvafiq dəyişiklikləri və əlavələri tez bir zamanda qəbul edəcəkdir. Bunlar həyata keçdikdən sonra biz ipoteka üzrə kreditlərin verilməsini sürətləndirə bilərik”.

mənbə:marja