AZAL-dan Bakı-Moskva reysinə yeni tarif

AZAL-dan Bakı-Moskva reysinə yeni tarif | alkredit.az

"Azərbaycan Hava Yolları" (AZAL) "Domodedovo" aeropotuna eniş olmaqla Bakı-Moskva reysi üçün yeni Promo tarif təklif edir. Bu gün üçün hər iki istiqamətə (gediş və gəliş üçün) biletin qiyməti təxminən 320 manat təşkil edir.

AZAL-dan  verilən məlumata görə, bu tarifdə aviabiletə baqaj daxil deyil. Sərnişin əlavə 25 avro ödəməklə baqaj (23 kq baqaj) apara bilər.

AZAL-dan bildiriblər ki, bu tarif baqajsız səyahət edənlər üçün sərfəli olacaq. Uçuşlar Airbus A320 təyyarələri ilə həyata keçirilir. Promo tarifi AZAL Miles bonus proqramına şamil edilmir.

Mənbə: Trend