Böhran mobil rabitəyə necə təsir edir?

Bakcel şirkətindən, hazırda davam edən çətin iqtisadi vəziyyətin mobil rabitə sektoruna təsiri soruşulub.

Bakcell şirkətinin Baş icraçı direktoru Riçard Şirer jurnalistlərə bildirib ki, iqtisadiyyatda müəyyən gərginliklər var və bu, hamı üçün məlumdur. Bakcell şirkəti də böhranın təsirini hiss edir:

“Çətinləşən iqtisadi vəziyyətin, hələlik bizim müştərilərimizin telefon xərclərinə çox böyük təsiri yoxdur. İlin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə bazar təqribən 3% azalmışdır. Azercell 3-ci rübün nəticələrini bu ayın sonunda dərc edəcək. Bu da bizdə aydın təsəvvür yaradacaq. Bizim rəqəmlər ilə Azercell-in rəqəmlərini topladıqda ümumi tendensiyanı görəcəyik”.

“ÖNƏMLİ OLMAYAN LAYİHƏLƏRİ DAYANDIRMIŞIQ”

Riçard Şirer qeyd edib ki, Bakcell şirkəti qənaət rejiminə keçib:

“Bizi çalışırıq ki, belə bir şəraitdə daha qənaətcil olaq. Pulumuzu düşünülmüş şəkildə xərcləyirik. Biz ən vacib olmayan bütün xərcləri yenidən nəzərdən keçirirk, bəzi çox önəmli olmayan layihələri dayandırmışıq. Bakcell-in ümumi maliyyə fəaliyyəti qənaətbəxşdir”.

“MÜŞTƏRİLƏRİMİZƏ KÖMƏK EDƏCƏYİK”

Bakcell-in Baş direktoru əlavə edib ki, müştərilərin müəyyən çətinliklər ilə üzləşə biləcəkləri proqnozlaşdırılır:

“Biz başa düşürük ki, bizim müştərilər müəyyən çətinliklər ilə üzləşə bilərlər. Biz çalışacağıq ki, onlara kömək edək”.

 

 

mənbə:marja