Büdcədə 600 milyon manatlıq kəsir

Büdcədə 600 milyon manatlıq kəsir | alkredit.az

Maliyyə Nazirliyinin məlumatlarına əsasən, 2015-ci ilin yanvar-iyul aylarında dövlət büdcəsinə təxminən 9,4 milyard manat vəsait daxil olmuş, büdcədən 10,0 milyard manat vəsait xərclənmiş, büdcənin icrasında yaranmış 595,7 milyon manatlıq kəsir ümumi daxili məhsulun 1,9 faizi səviyyəsində olmuşdur.

Büdcə xərclərinin 4,4 milyard manatı iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 1,2 milyard manatı təhsil və səhiyyə, 1,1 milyard manatı sosial müdafiə və sosial təminat sahələrinin, 3,3 milyard manatı isə digər sahələrin maliyyələşdirilməsinə yönəldilmişdir.

 

mənbə:marja