Bütün dünya bu qərarı gözləyir - DOLLAR BAHALAŞA BİLƏR

Bütün dünya bu qərarı gözləyir - DOLLAR BAHALAŞA BİLƏR | alkredit.az

Qlobal bazarlar, dünən başlayan və bu axşam başa çatacaq ABŞ Mərkəzi Bankının (Fed) Açıq Bazar Komitəsinin iclasından çıxacaq qərarı gözləyir.

Fed-in Açıq Bazar Komitəsinin (FOMC) iclasının qərarı bu axşam Bakı vaxtı ilə saat 22.00-da açıqlanacaqdır. Bazarlarda, Fed-in faiz dərəcəsində hər hansı bir dəyişiklik edəcəyi gözlənmir. Amma iclasdan sonra yayılacaq bəyanatda veriləcək mesajların bazarların istiqaməti üzərində həlledici olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, Fed ötən Dekabrda faizləri artıraraq 0.25-0,50% aralığında müəyyən edib, yanvar toplantısında isə qlobal iqtisadiyyatdakı qeyri-müəyyənlikləri əsas götürərək faizə toxunmamışdı.

Bu gün Fedin verəcəyi bəyanatların Dolların məzənnəsinə istiqamət verəcəyi gözlənilir.

Fed-in bu ilin ikinci toplantısında da faiz artıracağı gözlənilmir. ABŞ-da yüksəlməyən inflyasiya, qlobal iqtisadiyyata dair qayğılar, Çin iqtisadiyyatının ləngiməsi Fed-in faiz qərarını bu dəfə də təxirə salmasına səbəb ola bilər.

Fedin iclasdan sonra faiz artırmağın təxirə salındığını, ancaq bu təxirəsalmanın uzunmüddətli olmadığını vurğulayacağı gözlənilir.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 22:00-da Fed faiz qərarını açıqlayacaq. İqtisadçılar faizin yuxarı həddinin 0,50%-də qalacağını gözləyirlər. Eyni vaxtda Federal Açıq Bazar Komitəsinin (FOMC) Bəyanatı və İqtisadi Planları yayımlanacaqdır. 22:30-da isə Fed sədri Janet Yellen kameraların qarşısına keçəcəkdir.

ABŞ Mərkəzi Bankı Fed-in bu il faizləri artırmaqda davam edəcəyi gözlənilir. Borclanma faizləri yüksələcəyindən dövriyyəyə dolların daxil olması sürəti aşağı düşəcəkdir və eyni zamanda inbvestisiyalar ABŞ dollarına axacaqdır. Bunların da dolların daha da güclənməsinə səbəb olacağı gözlənilir.

TƏXİRƏ SALMAĞA ÇOX ƏSASI OLMASA DA....

Ekspertlər, ABŞ Mərkəzi Bankı Fed-in Martda faiz artırmamaq üçün çox səbəbi olmadığı barədə həmfikirdir, ancaq yenə də bu həftə faiz artırımı olmayacağı güman edilir.

Fins.az "Marja"-ya istinadən xəbər verir ki, bu ay ABŞ Mərkəzi Bankının faiz artırmağa fasilə vermək üçün çox əsası olmasa da, Fed-dən bir həmlə gözlənilmir.

Bank of America Merrill Lynch-ın qlobal iqtisadçısı olan Ethan Harris, "Fed maraqlı bir şey etməyəcək. Mülayim iqtisadi artım, sağlam məşğulluq bazarı və inflyasiyanın toparlanmağa başlamasına baxmayaraq Fed addım atmayacaq, çünki ilin ilk 7 həftəsində bazarda baş verən qarışıqlıqdan irəli gələn "toz dumanı" hələ ki, səngimiş deyil" şərhini edib.

Fed-in bu gün başa çatacaq toplantısından sonra yayacağı bəyanatda iqtisadiyyata dair proqnozlarını və faiz gözləntilərini açıqlayacaq.  

Deutsche Bank-ın iqtisadçısı Cozef Lavorgna (Joseph Lavorgna) yeni faiz proqnozlarının bu il üçün 3 faiz artırımına işarə edəcəyini bildirir. Dekabrda bu il 4 dəfə faiz artırmaq nəzərdə tutulurdu.

Aprel və İyun gözləntiləri

Regions Financial Corp.-un iqtisadçısı Richard Moody kimi bəzi ekspertlər də Fed-in 26-27 Aprel toplantısında faiz artıracağını gözləyirlər.

Ancaq çox iqtisadçı İyuna qədər bir faiz artımı olmayacağı məsələsində həmfikirdir.

Fed bu ilin ilk iclasında qlobal və iqtisadi qayğıları əsas göstərərək faiz məsələsində bir addım atmamışdı.

BMO Capital Markets-in iqtisadçılarından Michael Gregory, "Fed, duman aradan qalxana qədər faiz artırmağı təxirə salınacağını bildirmişdi, o görüşdən bu yana bu qeyri-müəyyənlik aradan qalxıb, ancaq yenə də faiz artımı hələ masada deyil" şərhini edib. Gregory, növbəti artımının İyunda olacağını nəzərdə tutur.

mənbə:fins.az