“Başak- İnam”ın rəhbərliyində yeni ad

Başak- İnamın rəhbərliyində yeni ad | alkredit.az

Vaqif Baxşıyev “Başak- İnam” sığorta şirkətinin idarə heyətinə sədr müavini təyin edilib.

Bu barədə V.Baxşıyev özü məlumat verib.

Xatırladaq ki, ayının 23-də “Başak-İnam” sığorta şirkətinin idarə heyətinin sədr müavini Nazim Abdullayev öz xahişi ilə vəzifəsindən azad edilmişdi.

“Başak- İnam” sığorta şirkətinin səhmdarlarının iyunun 2-də keçirilmiş ümumi yığıncağında verilən qərara əsasən bu vəzifəyə şirkətin anderraytinq departamentinin direktoru Vaqif Baxşıyev təyin edilib.

Oktyabr ayının 5-də isə V.Baxşıyev Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin müvafiq attestasiyasından keçərək “Başak- İnam” sığorta şirkətinin idarə heyətinə sədr müavini olub.

Mənbə: fins.az