Bakı Fond Birjasında Kross əqdlərin bağlanılması qaydalarına dəyişiklik edilib

Bakı Fond Birjasında Kross əqdlərin bağlanılması qaydalarına dəyişiklik edilib | alkredit.az

Mütəşəkkil bazarda bağlanılan əqdlər üzrə qiymətin formalaşması prosesinin şəffaflığının artırılması və ticarət zamanı sağlam rəqabət mühitinin formalaşdırılması istiqamətində görülən işlərin davamı olaraq, “Bakı Fond Birjası” QSC (BFB) “Bakı Fond Birjasında Kross əqdlərin bağlanılması qaydaları”na dəyişiklik edib.

BFB-dən AzərTAc-a bildiriblər ki, dəyişikliklərə əsasən, kross sifarişlərin bazar iştirakçılarına açıqlanması üçün nəzərdə tutulmuş 30 dəqiqə gözləmə müddəti dəyişdirilərək 60 dəqiqə müəyyən edilib. Bu müddət ərzində bazar iştirakçıları kross sifarişləri təqdim etmiş birja üzvündən daha rəqabətli qiymət təklifləri ilə ticarətdə iştirak edə bilərlər.

Qeyd edək ki, yenilənmiş qaydalar fevralın 10-dan qüvvəyə minir.