“Bakı Sığorta” nizamnamə kapitalını yenidən artıra bilər

Bakı Sığorta nizamnamə kapitalını yenidən artıra bilər | alkredit.az

Cari ilin aprel ayının 24-də “Bakı Sığorta” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

Şirkətin İdarə Heyətinin sədr müavini Ramin Məmmədov “Marja”ya  bildirdi ki, yığıncağın gündəliyinə 2014-cü il üzrə maliyyə hesabatlılığının təsdiqi və nizamnamə kapitalının artırılması daxildir.

Ramin Məmmədov qeyd edib ki, nizamnamə kapitalının artırılması dedikdə, 20 fevral 2015-ci il tarixindən etibarən “Bakı Fond Birjası” QSC-də yerləşdirilməsinə başlanılmış hər birinin nominal dəyəri  760 AZN olan 1316 ədəd səhm buraxılışından söhbət gedir.

“Ola bilsin ki, səhmdarlar nizamnamə kapitalının növəti dəfə artırılması barədə müzakirələr aparıb qərar versinlər. Növbəti kapital artımının məbləği hələlik məlum deyil”,- Ramin Məmmədov dedi.

Qeyd edək ki, hazırda şirkətin nizamnamə kapitalı təxminən 8,4 milyon manatdır. Bu ilin Fevral ayından başlayaraq Sığorta şirkətinin  Bakı Fond Birjasında 1 000 160 AZN həcmində səhmlərinin yerləşdirilməsinə başlanılmışdı. Əgər səhmlər tam alınarsa “Bakı Sığorta”nın nizamanmə kapitalı 8 373 679 manatdan 9 373 839 manata yüksələcəkdir.