Bakıda aqro-sığorta görüşü keçiriləcək

Bakıda aqro-sığorta görüşü keçiriləcək | alkredit.az

Azərbaycanda kiçik və orta miqyaslı aqro-biznes müəssisələrin inkişafına yardım etmək və aqro – sığortanı təşviq etmək məqsədilə, Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) Avropa və Mərkəzi Asiya üzrə Aqro–maliyyə Layihəsi yerli sığorta şirkətləri üçün təlim təşkil etmək məqsədilə Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birlikdə “Azərbaycanda  kənd təsərrüfatı sığortası mexanizmlərinin təkmilləşdirilməsi” mövzusunda görüş təşkil olunacaq.

Tədbir müzakirələr və təlimlər olmaqla, iki paneldən ibarət olacaq.

İlk paneldə AR Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin Rəisi Namiq Xəlilov, AR Kənd Təsərrüfatı Nazirliyinin Maliyyə və Mühasibat Şöbəsinin Baş Məsləhətçisi Rəhim Novruzov, BMK-nın Azərbaycan üzrə Daimi Nünayəndəsi Aliyə Əzimova və Azərbaycan Sığortaçılar Assosiasıyasının Sədri Orxan Bayramov “Kənd Təsərrüfatı (KT) Sektorunun İnkişafı və Təkmilləşdirilməsində Kənd Təsərrüfatı Sığortasının əhəmiyyəti” mövzusunda panel müzakirələri aparacaqlar.

İkinci paneldə BMK-nın Şərqi Avropa və Mərkəzi Asiya regionunda Kənd Təsərrüfatı Maliyyəsi bölməsinin Sığorta üzrə mütəxəssisi Andrey Zaripov, Şərqi Avropa və Mərkəzi Asiyada Kənd Təsərrüfatı Maliyyə Xidmətləri üzrə Proqramın Meneceri Lea Soroka iştirakçılara KT sığorta məhsullarının hazırlanması metodologiyası üzrə təlimlər keçəcək. Təlim zamanı iştirakçılar məlumat tələblərinin icmalı, sığorta məhsullarının növü, strukturu və komponentləri, yenidən sığortalanma və aqro–sığorta sisteminin inkişafı üçün lazım olan digər əhəmiyyətli aspektlərlə təmin olunacaqlar. BMK–nın ekspertləri bu sistemin Ukraynada inkişaf etdirilməsi ilə bağlı öz praktik təcrübələrini bölüşəcəklər.

Tədbir 26 noyabr 2015-ci il tarixində, saat 9:00-da, “Hyatt Regency” otelinin Bakı zalında keçiriləcək.

 

 

mənbə:marja