Bakıda dollar daha ucuz qiymətə satılır

Bakıda dollar daha ucuz qiymətə satılır | alkredit.az

Bakıda dolların və avtronun məzənnəsi ucuzlaşmağa başlayıb. Fins.az-ın məlumatına görə, şəhərin mərkəzindəki valyutadəyişmə məntəqələrində ABŞ dollarının məzənnəsi bir qədər də aşağı düşüb. Hazırda məntəqələrdə dollar 1,60 manatdan alınır, 1,64 manatdan satılır. Xatırladaq ki, dünən, yanvarın 5-də dollar 1,61 manata alınıb, 1,65 manata satılırdı.

Ucuzlaşma avroya da təsir edib. Hazırda məntəqələrdə 1 avro 1,71 manata alınır, 1,77 manata satılır. Avronun məzənnəsi də dünənkinə nisbətən aşağıdır. Xatırladaq ki, dünən avronun alqı-satqı məzənnəsi 1,7-1,8 manat idi. Başqa sözlə, xarici valyutaların məzənnəsi aşağı düşməklə yanaşı, alış-satış qiymətləri arasındakı fərq də azalıb.

Əvəzində valyutadəyişmə təntəqələrində rus rublu kəskin bahalaşıb. Belə ki, hazırda 100 rubl 2,32 manata alınır, 2,45 manata satılır. Dünən isə 100 rublun alış qiyməti 2 manat, satış qiyməti isə 2,2 manat idi.