Bakıda Leyla Əliyevanın kafesinin açılışı oldu

Bakıda Leyla Əliyevanın kafesinin açılışı oldu | alkredit.az

Bakıda yenilənən “Baku cafe”nin açılış mərasimi baş tutub.

Tədbirdə Azərbaycanın tanınmış simaları, mədəniyyət və incəsənət xadimləri, idmançılar, o cümlədən prezidentin qızı Arzu Əliyeva və həyat yoldaşı Səməd Qurbanov, Fidan Muradova, Mila Əsgərova, Tahir İmanov, Murad Dadaşov, Elnur Məmmədli, Mütəllim Alışanov, Ramin Hacıyev, Rüstəm Hacıyev və başqaları iştirak ediblər.

Qeyd edək ki, “Baku Cafe”nin təsisçisi Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevadır.

mənbə:valyuta.az