Bakıdan Dubaya 30 faiz ucuz uçmaq imkanı

Bakıdan Dubaya 30 faiz ucuz uçmaq imkanı | alkredit.az

“Qatar Airways” yeni il ərəfəsində növbəti qısamüddətli endirim kampaniyasına başlayır.

Dünyanın 150-dən çox istiqamətini Bakıya yaxınlaşdıran “Qatar Airways” bu dəfəAbu Dabi, Pekin, Bankok, Guangzhou, Kolombo, Koçi, Dar Es Salaam, Dubay, Hangzhou, Puket, Cakarta, Yohanezburq, Kuala Lumpur, Lahor, Maskat, Osaka, Seul, Saharjah, Sinqapur, Tehran, Tokyo, Adelaide və Sidney istiqamətlərinə 30%-ə qədər endirim tətbiq edir.

Müştərilər xüsusi endirimli səyahət biletlərini “Qatar Airways” satış ofislərindən, şirkətin veb saytından, habelə turizm agentliklərindən əldə edə bilərlər.

Bu kampaniya çərçivəsində bilet satışı 30 Noyabr - 6 Dekabr tarixəri arasında olacaq və uçuşlar 30 Noyabr 2015 31 Mart 2016-cı il tarixinə qədər davam edəcəkdir.