Bakcell Türkiyənin “Digitürk” şirkəti ilə tərəfdaşlığa başladı

Bakcell Türkiyənin Digitürk şirkəti ilə tərəfdaşlığa başladı | alkredit.az

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti Türkiyənin ilk və aparıcı rəqəmsal aparıcı televiziya yayım platforması olan “Digitürk” şirkəti ilə yeni tərəfdaşlığa başlayıb.

“Digitürk” ilə uzunmüddətli tərəfdaşlıq çərçivəsində “Bakcell” İP və mobil əsaslı xidmətlər üzrə “Digitürk” şirkətinin Azərbaycanda eksklüziv tərəfdaşı olaraq, bütün “Bakcell” müştəriləri üçün geniş çeşidli TV məzmunu, xüsusilə futbol azarkeşləri üçün “Lig TV” kanalını təqdim edəcək.

Bu tərəfdaşlığın bir hissəsi kimi “Bakcell” “Qoş və Coş” xidməti çərçivəsində özünün əyləncəli xidmətlər paketini təqdim edir. “Digitürk”lə tərəfdaşlıq bu paket daxilində ilk xidmətdir və gələcəkdə abunəçilərə maraqlı video məzmun təqdim edəcək başqa bir layihə ilə tanış olacaqlar.

İndi “Bakcell” abunəçiləri yüksək sürətli 4G LTE xidməti ilə “Digitürk” şirkətinin təqdim etdiyi 100-dən çox populyar kanalını istənilən yerdə və istənilən zaman izləmək imkanına malikdirlər.


Mobil cihazınızda telekanalları İnternetlə rahat izləyin!

Bakcell “Qoş və Coş” xidməti çərçivəsindəTV kanalların video yayımını təqdim edir. İndi bütün Bakcell abunəçiləri Digiturk kanallarını PULSUZ əldə edə bilərlər.

Digiturk haqqında

Digiturk televiziya, radio kanalları ilə yanaşı müxtəlif yayımlar gerçəkləşdirir. Digiturk həmçinin hal-hazırda Türkiyə Super Liqasının eksklüziv yayımlanma hüququna malikdir.

Digiturk 70-dən çox müxtəlif maraqlı kanalların yayımlanmasını gerçəkləşdirir.

Kanalları rahat seyr etmək üçün tövsiyə edilən İnternet paketlər.

İstənilən Bakcell abunəçisi bu paketləri əldə edə bilər.

Data Kartlar və planşetlər üçün
Paketin adı Paketin həcmi Aylıq bonus Paketin qiyməti Aktivasiya
[email protected] planşet 5 GB 5 GB 15 AZN/ay *134*55#YES
[email protected] – 1 10 GB 5 GB 20 AZN/ay *134*105#YES
[email protected] – 2 35 GB 5 GB 40 AZN/ay *134*355#YES

Smartfonlar və planşetlər üçün
Paketin adı Paketin həcmi Aylıq bonus Paketin qiyməti Aktivasiya
[email protected] smartfon 1 GB 2 GB 10 AZN/ay *134*3#YES

[email protected] paketlərinin birini almaqla siz həm İnternetdən istifadə üçün, həm də mobil cihazınızda (smartfon, planşet) TV kanalları izləmək üçün trafik əldə edəcəksiz, üstəlik bununla yanaşı siz Digiturk təqdim etdiyi SPORT TV paketinə PULSUZ qoşulacaqsız.

Digiturk xidmətini aktivləşdirmək:

1. Sü[email protected] paketi alındıqdan sonra siz 24 saat ərzində bildirişlə aktivləşdirmə kodunu alacaqsız.

2. Bildirişdə həmçinin İnternet sayta istinad veriləcək. Bu saytda siz öz istifadəçi adınızı yaradıb aktivləşdirə bilərsiniz.

3. İstifadəçi adı applikasiya vasitəsilə də yaradıb aktivləşdirilə bilər. Applikasiya iOS və Android üçün tətbiq edilir.

4. İstifadəçi adınız aktivləşdirildikdən sonra siz Digiturk kanallarına yüklədiyiniz applikasiya yaxud http://www.digiturkplay.com/ vasitəsilə baxa bilərsiniz.

Qeyd: AKTİVLƏŞDİRMƏ KODU ƏLDƏ EDİLDİKDƏN SONRA 7 GÜN ƏRZİNDƏ İSTİFADƏ EDİLƏ BİLƏR

* Paketə daxil olan həm əsas, həm də bonus İnternet trafiki İnternetdən istifadə və Digiturk izləmək üçün sərf edilə bilər.

mənbə:marja