Bank BTB avtokreditlər üzrə kampaniya müddətini uzatdı

Bank BTB avtokreditlər üzrə kampaniya müddətini uzatdı | alkredit.az

 

Kampaniyaya olan yüksək tələb ilə əlaqədar olaraq Bank BTB maksimum sayda müştəriləri məmnun etmək məqsədilə avtokredit kampaniyasının müddətini avqustun sonunadək uzatdı.

Xatırladaq ki, kampaniya yayın əvvəlində bir ay üçün nəzərdə tutulmuşdu. Kampaniya çərçivəsində avtokreditlər üzrə kifayət qədər əlverişli şərtlər təklif olunur. Hazırda Bank BTB-dən avtomobil kreditlərini 5 ilədək, müddətindən asılı olaraq 14%-dən 16%-dək (FİFD: 14.71%– 16.51%) illik faiz dərəcəsi ilə əldə etmək mümkündür.

Əlavə olaraq qeyd etmək istərdik ki, Bank BTB-dən əldə olunan kreditlərin ödənişlərini xidmət şəbəkəsindən başqa eManat və MilliÖn terminalları vasitəsilə də etmək mümkündür. Əməliyyat İdarəsi və 10 filialdan ibarət olan bankın xidmət şəbəkəsi həftəiçi beş gün saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.

 

http://btb.az/az/about-us/news/item/464-xeber2014-07-08