“Bank of Baku”-dan YENİ müştərilərə nağd kredit: vaxtında ödə, sonuncu ayın ödənişini hədiyyə edək!

“Bank of Baku” bankdan ilk dəfə kredit alan müştərilər üçün təqdim etdiyi “Ayda 100 manata - 1000 manat nağd kredit” məhsulunun əldə edilmə şərtlərini asanlaşdırır.

Bu kredit növünün əsas üstünlükləri bunlardır:

  • Rəsmi iş yeri olmayan və ya rəsmi iş yeri olan və arayış gətirə bilməyən bütün YENİ müştərilər yalnız şəxsiyyət vəsiqəsi təqdim etməklə 1,000 manatadək kredit məbləğindən faydalana bilər
  • Yalnız Bakı şəhərində qeydiyyatda olanlar yox, bankın fəaliyyət göstərdiyi bütün ölkə regionlarında qeydiyyatda olan müştərilər istənilən “Bank of Baku” filialına müraciət edə bilər
  • Vaxtında ödəniş edənlərə son ayın ödənişi hədiyyə edilir və daha yüksək məbləğdə pul krediti, Bolkart və müxtəlif imtiyazlar təqdim edən “Dostlar Klubu” kartı almaq şansı verilir
  • Bu kredit çərçivəsində zamin tələb edilmir


Beləliklə, ödəniş qabiliyyəti olan və bankdan heç vaxt kredit götürməmiş müştərilər "Bank of Baku"-nun bu sərfəli kredit məhsulundan faydalanıb daimi müştəriyə çevrilə bilər.

"Ayda 100 manata - 1000 manat kredit" vətəndaşların gündəlik ehtiyaclarını qarşılamaq üçün ilk dəfə cari ilin mart ayında təqdim edilmişdir.Bu günədək artıq minlərlə müştəri bu kredit məhsulundan faydalanıb.
"Ayda 100 manata - 1000 manat kredit" məhsulu ilə daha ətraflı tanış olmaq və müraciət etmək üçün bankın Məlumat Mərkəzinin 145 nömrəsinə zəng etmək və ya şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini qeyd edib 8145-ə SMS göndərmək, həmçinin bankın www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsini ziyarət etmək olar.

 

http://www.bankofbaku.com/az/stock/bank-of-baku-dan-yeni-mu-t-ril-r-arayi-siz-kredit-vaxt-nda-od-sonuncu-ay-n-od-ni-ini-h-diyy-ed-k/