Bank of Baku: “Dollar Kreditinizi Manata Çevirin!”

Bank of Baku: Dollar Kreditinizi Manata Çevirin! | alkredit.az

Bank of Baku, krediti dollar valyutasında olan müştərilər üçün Novruz bayramına özəl olaraq yeni güzəşt imkanını təqdim edir.

Belə ki, dollar valyutasında kredit götürmüş müştərilər 17 və 18 mart tarixlərində Banka müraciət etməklə, borc öhdəliyinin qalan hissəsini manata çevirə bilərlər. Bu güzəşt imkanından dollarda kredit götürən bütün müştərilərin maksimum dərəcədə faydalanmasına imkan yaradılacaq. Təminatlı şərtlərlə kredit götürən müştərilərin müraciətlərinə fərdi qaydada baxılacaq. Bunun üçün kredit tarixçəsindən asılı olaraq müştərilərdən borcun müəyyən - minimum 10%-dən başlayan hissəsini Bankın cari məzənnəsi ilə ödəmələri tələb olunur. Bu əməliyyatın icrası üçün kommissiya haqqı nəzərdə tutulmayıb.

Novruza özəl olaraq start verilən bu güzəşt kampaniyası çərçivəsində dollar kreditini manata çevirmək istəyən müştərilər, krediti rəsmiləşdirdikləri və ya istənilən filiala müraciət edə bilərlər.

Qeyd edək ki, bir müddət öncə Bank of Baku, ödəmə qabiliyyətində çətinlik yaranan müştərilərinə dəstək məqsədilə iki istiqamətdə güzəştlər paketi təqdim etmişdir. Güzəşt paketi haqqında daha ətraflı məlumatla bu linkdən tanış ola və ya Bankın filiallarına müraciət edə bilərsiniz.

 

www.bankofbaku.com

www.facebook.com/bankofbaku