Bank Respublika pul köçürmələri edənlər üçün «Yaxınlarınıza daha yaxın lotereyası

Bank Respublika pul köçürmələri edənlər üçün «Yaxınlarınıza daha yaxın lotereyası | alkredit.az

 

İyulun 1-dən  Sentyabrın 30-dək Bank Respublika-nın filial və şöbələrində pul köçürməsi edən müştərilər möhtəşəm lotereyanın iştirakçısı olacaqlar. Lotereyanın əsas mükafatları pulu göndərən və ya pulu alan şəxsin yaşadığı ölkəyə 25 ədəd aviabiletidir (gediş-gəlişlə).

Beləliklə, hər bir göndərilən və ya qəbul edilən pul köçürməsi bir uduş şansına bərabərdir. Qeyd olunan 3 aylıq müddətin nəticəsi etibarı ilə 18 Oktyabr 2014-cü il tarixində Bankın Baş Ofisində lotereyanın qalibləri müəyyən ediləcək. Lotereyada istənilən pulköçürmə sistemi vasitəsilə (Monex istisna olmaqla) 300 dollardan çox və ya bu ekvivalentdə digər valyutada aparılan pul köçürmələri iştirak edəcək.

Pulköçürmə əməliyyatından sonra müştəriyə təqdim edilən kassa çekindəki 25 unikal nömrə təsadüfi seçim nəticəsində müəyyən ediləcək. Həmin unikal nömrə qalib müştərinin identifikatoru olacaq.

Qalib müştəri aviabileti öz adına və yaxud onun köçürdüyü pulu qəbul edən şəxsin adına rəsmiləşdirə bilər.

 “Bu gün Bankımızın 34 filial və şöbəsi əhaliyə xidmət göstərir, bunlardan 22 filial bölgələrin payına düşür. Öz növbəmizdə, bir bank olaraq, pul köçürmələri sahəsində yüksək növ xidmət və səmərəli şərtlər təklif etməklə, bu prosesdə həmvətənlərimizə etibarlı və faydalı tərəfdaş olmağa çalışırıq. Bu istiqamətdə fəaliyyətimizin davamı kimi “Yaxınlarınıza daha yaxın” kampaniyasının keçirilməsinə qərar verdik ki, müştərilərimiz yaxınlarını və ya ailə üzvlərini ziyarət edib birgə vaxt keçirmək imkanını hədiyyə qazansınlar”, - deyə Bank Respublika-nın marketinq departamentinin direktoru Əli Daşdəmirov bildirib.

Kampaniyanın şərtləri:

  1. Lotereyanın hər bir qalibi yalnız 1 ədəd Aviabilet qazana bilər.
  2. Aviabilet yalnız pul köçürməsində iştirak edən iki şəxsin adına alına bilər (pul göndərən və ya pul köçürməsini alan şəxs).
  3. Bu Qaydalar çərçivəsində keçirilən Stimullaşdırıcı lotereyada qalib olmuş iştirakçılar uduşu Stimullaşdırıcı lotereyanın uduş fondunun oynaldığı tarixindən 6 (ay) ərzində Təşkilatçının Baş Ofisinə (AZ1095, Bakı şəhəri, Xaqani küçəsi 21 ünvanında yerləşən) müraciət edərək əldə edə bilər. Bu müddət keçdikdən sonra lotereyanın qalibinə uduş təqdim edilmir. Qaliblər uduşu əldə etmək üçün mütləq şəkildə şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etməlidirlər.
  4. Qalibin müraciətindən sonra uduş 30 gün müddətinədək qalibə təqdim olunur.
  5. Uduşdan imtina olunduğu halda pul kompensasiyası nəzərdə tutulmur.
  6. Aviabilet yalnız pul köçürməsi qələn ölkə istiqamətə və ya həmin ölkədən Azərbaycana alına bilər.
  7. Reysin növü – birbaşa uçuşa üstünlük verilir. Birbaşa uçuş olmadıqda, tranzitlə uçuş seçilə bilər. Tranzitlə uçuşun bir neçə variantı olduqda, lotereyanın qalibi öz mülahizəsinə görə ona uyğun variantı seçir.
  8. Stimullaşdırıcı lotereyanın keçirilməsi və nəticələri ilə bağlı məlumatlar “Azərbaycan” qəzetində və bankın rəsmi səhifəsində (www.bankrespublika.az) dərc olunacaq. 

 

       http://www.bankrespublika.az/az/news/97/