Bank sektorunun mənfəəti açıqlandı – 8 dəfə azalma

Bank sektorunun mənfəəti açıqlandı – 8 dəfə azalma | alkredit.az

Azərbaycanın bankları tərəfindən əldə edilmiş mənfəətin məbləği 8 dəfə azalıb.

Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bildirib ki, bu il bankların mənfəəti 45 milyon manat təşkil edib.

Müqayisə üçün qeyd edək ki, ötən ilin 10 ayında bankların əldə etdiyi mənfəət 361,37 milyon manat, tam 2014-cü il üzrə isə 370,54 milyon manat təşkil etmişdi. Beləliklə, ötən illə müqayisədə bankların mənfəəti təxminən 8 dəfə azalıb.

Zakir Nuriyev qeyd edib ki, bu gün Azərbaycan iqtisadiyyatı post-neft iqtisadiyyatına doğru gedir. Buna uyğun olaraq, kreditdə istehlak kreditlərindən biznes kreditlərinə keçid dövrü başlayıb. Həmçinin banaklar  kreditləri daha ehtiyatla, məsuliyyətli qaydada ayırırlar:

“Düzdür, bankların rəhbərliyinin bir məqsədi də səhmdarların mənafeinə uyğun olaraq mənfəətin artırılmasıdır. Post - neft iqtisadiyyatı dövründə banklara vergi ödəyicisindən daha çox, vergi ödəyicisi yaradan bir təşkilat qismində baxılmalıdır. Çünki bu gün Azərbaycan banklarının verdiyi kreditlər hesabına yeni iş yerləri, yeni bizneslər yaradılır. Yeni bizneslərin yaradılması büdcəyə əlavə vergilərin daxil olması deməkdir. Bu baxımdan hesab edirəm ki, bu gün bankların 45 milyon manat mənfəətinə vergi mənbəyi kimi baxmaq məqsədəuyğun deyil”.

mənbə:marja