"Bank Standard"ın kartına özünüz də pul yükləyə biləcəksiniz!

"Bank Standard"ın kartına özünüz də pul yükləyə biləcəksiniz! | alkredit.az

Artıq “Bank Standard”ın yeni xidmətilə maaş kartınıza özünüz də pul mədaxil edə biləcəksiniz.

Kartınıza pulu MilliÖn terminalları* vasitəsilə və ya bankın istənilən filialına yaxınlaşaraq daxil edə bilərsiniz. Xidmət üçün komissiya haqqı 0.5% (minimum 1 ş.v.) təşkil edir.

Maaş kartınıza istədiyiniz qədər pul əlavə edin ki, ödəniş kartlarının geniş imkanlarından yararlanmış olasınız.   

Xidmət 24 saat aktivdir.

Saat 21:00-dan sonra (bazar ertəsi-cümə) və qeyri-iş günləri həyata keçirilən ödənişlər növbəti iş günü maaş hesabınıza yatırılır. 

 

*MilliÖn terminalları vasitəsilə mədaxili həyata keçirmək üçün müştəri kodunu və doğum tarixini daxil edib maaş kartınızın nömrəsini seçmək kifayətdir.

Müştəri kodunuzu 158 nömrəsinə zəng vurmaqla və ya online məsləhətçiyə müraciyət etməklə öyrənə bilərsiniz.

https://bankstandard.com/az/about_bank/press_center/news/1443/