Bank Standard-dan yeni konsepsiyada növbəti filial

Bank Standard-dan yeni konsepsiyada növbəti filial | alkredit.az

Sayca üçüncü olan hazırki filial, müştərilərə xidmətin keyfiyyətini və sürətinin artırılmasına yönəlmiş, sadə və asan olmaq prinsiplərinə əsaslanan Bankın yeni konsepsiyasını əks etdirir.

Yeni konsepsiyaya uyğun olaraq filialın ərazisi böyümüş, müştərilərə xidmət isə, çevikliyin və effektivliyin artırılmasına yönələrək keyfiyyətcə yeni səviyyəyə keçmişdir.

Xüsusi olaraq filialda özünəxidmət zonasını qeyd etmək lazımdır. Burada müştərilər bank əməkdaşlarına yaxınlaşmadan tez və müstəqil şəkildə əməliyyatlar həyata keçirə, kommunal ödənişlərini edə bilərlər, ödəniş terminalları və Cash-In funksialı ATM-lər vasitəsilə isə onlayn rejimdə kartdakı balanslarını artıra bilərlər. Filialda həmçinin, SmartBank internet banking xidmətinə çıxışı olan interfeyslərin təqdim olunduğu Smart zona da müştərilərin ixtiyarında olacaq.

Həmçinin, qeyd etmək lazımdır ki, “Mərdəkan” filialı həm fiziki, həm də hüquqi şəxslərə tam çeşidli maliyyə xidmətləri təqdim edir. Bu xidmətlərə hesablaşma-kassa əməliyyatları, cari və depozit hesablarının açılması,  ölkə daxilində və xarici ölkələrə pul köçürmələri, kreditlərin rəsmiləşdirilməsi və s. kimi xidmətlər aiddir.

“Mərdəkan” filialı Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 10a ünvanında yerləşir.

Bank Standard 1995-ci ildə yaradılıb. Depozit portfelinin həcminə görə liderlər sırasında olan Bank Standard, bu gün Azərbaycanın ən böyük özəl kommersiya banklarından biridir.

 

https://bankstandard.com/az/

https://www.facebook.com/BankStandard.KB?fref=ts