“Bank Technique” əmanət faizlərini artırıb

Bank Technique əmanət faizlərini artırıb | alkredit.az

“Bank Technique” ASC 25 fevral tarixindən etibarən fiziki şəxslərin əmanətləri üzrə faiz dərəcələrini 3%-dək artırıb. artım milli valyuta və avroda yeni açılmış depozitlərə şamil olunur.

Belə ki, əhali arasında ən populyar hesab edilən milli valyutadakı “Standart” əmanət növü üzrə illik faiz dərəcəsi 10%-dən 12%-ə yüksəlib. Depozit 5 il müddətinə yerləşdirilsə illik faiz ödənişləri məbləğin 16% təşkil edəcək. Həmçinin avrodakı “Standart” əmanəti üzrə illik faiz dərəcələri 7%-dən 8%-dək artırılıb.

Bundan əlavə, “Bank Technique”, Əmanətlərin Sığortalanması Fondunun qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin 9%-dən 12 %-ə qaldırılması barədə qərarını nəzərə alaraq, müvafiq olaraq “Sığortalı” əmanətinin illik faiz dərəcəsini 12% müəyyən edib. Xatırladaq ki, əvvəl bu göstərici 9% təşkil edirdi.

Bank həmçinin “Tələbli” depoziti üzrə faiz dərəcələrinin artırdığını bildirir. Hazırda milli valyutadakı əmanətlərdə bu rəqəm 4%-dən 6%-dək qaldırılıb.

Ümumilikdə, yuxarıda qeyd olunan depozit növləri üzrə, əmanətlər müddətdən əvvəl belə götürüldükdə hesablanan faiz dərəcələri Bank tərəfindən artırılıb. Bu halda faiz dərəcəsi 2%-dək yüksəlib.