“Bank Technique” “Babək Plaza”da ofis sahələrinə sərfəli kredit şərtləri təklif edir

Bank Technique Babək Plazada ofis sahələrinə sərfəli kredit şərtləri təklif edir | alkredit.az

“Bank Technique” ASC Bakının mərkəzində yerləşən və müasir tələblərə cavab verən “Babək Plaza” biznes-mərkəzində geniş və yaraşıqlı qeyri-yaşayış sahələrinin (ofis) alınmasına sərfəli kredit şərtləri təklif edir.

Ofislər 111, 117, 153, 185, 187, 188, 190, 251, 252 və 270 kv.m olmaqla, 10 il müddətinədək, 10% ilkin ödənişlə və illik 10 faiz dərəcəsi ilə verilir. Bir kvadrat metrin qiyməti, ilkin ödənişdən asılı olaraq 2 000 AZN-dən başlayır.

Babək prospekti, 12A ünvanında yerləşən 18 mərtəbəli “Babək Plaza” biznes-mərkəzi ən son standartlar üzrə layihələndirilib - binada kartlı giriş, konfrans salonları, qonaqlar üçün gözləmə zalları mövcuddur. 250 nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş 3-mərtəbəli yeraltı avtodayanacaq və ətrafdakı özəl park əməkdaşların rahatlığını təmin edir, müasir liftlər, xüsusi mühafizə, yanğınsöndürmə və mərkəzi havalandırma sistemləri isə biznes-mərkəzinin cazibədarlığını daha da artırır.

Ətraflı məlumat və əlaqə üçün telefonlar: 131, (012) 447-77-44.

http://banktechnique.az/new/news/94